Dövlət Gömrük Komitəsinin əməkdaşı Vətən müharibəsində şəhid olub.

Hacıyev Ülvi Şirin oğlu-26 yaşı var. DGK «Azərterminalkompleks» Birliyinin əməkdaşıdır. Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda xidmət edib. Azərbaycan İqtisad Universitetinin bakalavr və magistratura pilləsini bitirib. Milli Ordu sıralarında hərbi xidmət keçib. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb. Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

Torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman əməkdaşımızın ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik!